Haqqımızda

Qrupturları.az — NZ Travel Club Turizm şirkətinin məhsulu. 15 ildən artıq təcrübə və yüzlərlə uğurlu qrup turu.

Qrupturları.az — NZ Travel Club-un rəqəmsal həlli

Qrupturları.az, Azərbaycanın aparıcı turizm şirkətlərindən biri olan NZ Travel Club-un məhsuludur. 15 ildən artıq sahə təcrübəsi ilə minlərlə turisti ölkə daxilində və xaricində qrup turları, fərdi marşrutlar və korporativ səyahətlərlə təmin etmişik.

NZ Travel Club
15+ İllik təcrübə
10K+ Məmnun turist
NZ Travel Club haqqında

Azərbaycan turizmində güvənilən brend

NZ Travel Club 2011-ci illərin ortalarından fəaliyyət göstərərək, həm yerli, həm də beynəlxalq bazarda tanınan turizm şirkətinə çevrilib. Avropa, Asiya və Yaxın Şərq üzrə geniş tərəfdaş şəbəkəsi ilə, həm fərdi, həm də qrup müştərilər üçün uyğun səyahət paketləri təqdim edirik.

Qrupturları.az isə şirkətin rəqəmsal platforması olaraq, xüsusi olaraq qrup turları üçün nəzərdə tutulub. Burada ən sərfəli qiymətlər, optimallaşdırılmış marşrutlar və rahat rezervasiya sistemi təqdim olunur.

Missiyamız

“Səyahəti daha rahat, daha əlçatan və daha yadda qalan etmək.”

Niyə Qrup Turları?

Qrup turları həm sərfəli, həm də sosial təcrübədir

Sərfəli qiymətlər

Toplu rezervasiya ilə daha uyğun büdcə

Sosial mühit

Yeni dostluqlar və ortaq təcrübələr

Təhlükəsizlik

Bələdçi dəstəyi və planlı marşrut

NZ Travel Club ilə səyahətə hazırsınız?

Qrupturları.az-da sizi yüzlərlə marşrut və sərfəli paketlər gözləyir.